Rusiya sülhməramlılarına məxsus avtomobillər hər zaman olduğu kimi Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.
BUTA.TV xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus səkkiz yanacaqdaşıyan avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı