Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanətdə ittiham edilərək, 17 il müddətinə azadlıqdan məhrum edilmiş Səbuhi Səlimov məhkəmə zalında ürək tutmasından vəfat edib.
BUTA.TV xəbər verir ki, Səbuhi Səlimovun ailəsindən “Amerikanın Səsi”nə martın 2-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Həsən Məmmədovun sədrliyi ilə keçirilən iclaada Səlimov barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmününün qüvvədə saxlandığı bildirilib.
Bu qərardan sonra S.Səlimovun vəziyyəti pisləşib və o, məhkəmə zalındaca keçinib.
Qeyd edilib ki, o, bundan əvvəlki qərara etiraz olaraq aclıq aksiyası keçirib və 1 martda aksiyanı dayandırıb.
Səbuhi Səlimov 2022-ci il noyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətə azadlıqdan məhrum edilib.
Səlimov ötən il Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. İttihama görə, Səbuhi Səlimov İran xüsusi xidmət orqanı olan SEPAH-la əməkdaşlıq edib, SEPAH rəhbərlərindən təlimatlar alıb.
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı