Baxmut ətrafında gərgin döyüşlər davam edir. Rusiya şəhəri mühasirəyə alıb, işğal etməyə çalışır.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Elxan Şahinoğlu Ukraynanın Baxmut şəhəri ətrafında gedən döyüşlər haqqında danışarkən deyib.
“Ukrayna hələlik müqavimət göstərir. Vəziyyət gərginləşərsə, Ukrayna ordusu geriyə çəkilə bilər. Aylardır davam edən müharibədə, Rusiya bu şəhər ətrafında xeyli itki verib. Ukraynanın məqsədi bu idi ki, Rusiya işğalı genişləndirə bilməsin, bütün gücünü bu şəhər ətrafında cəmləşdirsin. Amma bu müharibədir. Müharibənin öz qaydaları var. Buna görə də mümkündür ki, Ukrayna ordusu müəyyən qədər geri çəkilib, yeni müdafiə istehkamları qursun”, - politoloq qeyd edib.
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Azərbaycan San Marinonu məğlub etdi - Video-Yenilənib
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?