“Dövlət naziri” vəzifəsindən uzaqlaşdırılan Ruben Vardanyan Qarabağı tərk etmək istəmir, əksinə “Bizim dağlar” adında fond təsis edərək işğal altındakı ərazilərimizdə fəaliyyətini genişləndirməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Vardanyan Azərbaycana qarşı mübarizəsini davam etdirəcəyini bildirib:
“Qarabağda sosial sahəyə, təhsilə və mülki müdafiə sisteminin təkmilləşməsinə dəstək verəcəyini söyləyən Vardanyan bölgəyə gəldiyi gündən bu yana haqqında danışdığı çalışmalara 4 milyon dollar xərcləyib.
Beləliklə, Ruben Vardanyan yenidən hamıya mesaj verib ki, o, Qarabağda müxtəlif layihələri reallaşdırmaqda davam edəcək. Separatçıların bir qismi Vardanyana rəqib kimi baxmaqla yanaşı, onun maliyyəsindən və əlaqələrindən ehtiyat edir. Ancaq bu qorxu separatçılara Vardanyanı bölgədən kənarlaşdırmağa kifayət edəcəkmi?
Ruben Vardanyan Azərbaycana əvvəlkitək təhlükə mənbəyidir. Onun maliyyəsiylə bölgəyə silah və sursat daşınması istisna deyil”.
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı