Şuşada, Daşaltı uğrunda gedən döyüşlərdə 31 il əvvəl şəhid olan Məhərrəm Abbasovun meyitinin qalıqları Bakının Nizami rayonunun Keşlə qəsəbəsində Şəhidlər xiyabanında dəfn olunub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları, rayon sakinləri, qazilər və media nümayəndələri iştirak ediblər.
M.Abbasov yaylım atəşi və Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.
Dəfn mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin ruhuna dualar oxunub, şəhidin məzarına tər güllər düzülüb, əklil qoyulub.
Qeyd edək ki, M.Abbasov Şuşa rayonunun Daşaltı kəndi ərazisində qalıqları aşkar edilmiş 7 nəfərdən biridir.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər