Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, C.Xəndan küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən BUTA.TV-a bildiriblər ki, məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ikimərtəbəli mansarda tipli iaşə obyektinin mansardasında baş verdiyi və genişlənərək obyektin digər hissələri və bitişik obyektlərə yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində hər mərtəbəsi 137m² olmaqla ümumi sahəsi 274 m² olan ikimərtəbəli mansarda tipli obyektin 2-ci mərtəbəsində fəaliyyət göstərən restoranın mansardasının taxta üzlüyü və dam örtüyü 80 m² sahədə yanıb.
Obyektin böyük hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər