Tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı, iş adamı Orxan Məmmədlinin intiharı ilə bağlı bəzi məqamlar bəlli olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Orxan Məmmədlinin borc səbəbindən intihar etdiyi iddia olunur. Belə ki, o, intihar etməmişdən öncə məktub yazıb. Məktubda kimə nə qədər borcu olduğunu qeyd edib.
“Haqqınızı halal edin, mən bu dünyadan gedirəm. Ölümümdə heç kəsi günahlandırmayın”, - məktubda qeyd olunub.
Əldə etdiyimiz məlumata görə, son vaxtlar daha çox ofisdə vaxt keçirir, evə getmirmiş. Dünən heç bir işçisi işə getməyib. O.Məmmədli özünü ofisdə asıb.
Qeyd edək, mərhum Orxan Məmmədli Su İstehlakçıları Birliyinin sədri Dövlətxan Məmmədovun oğludur. Mərhumun iki azyaşlı övladı var.
- İranda müharibə nə qədər davam edəcək?
- Arakçı təcili məktub apardı: Xamenei Putindən nə istəyir?
- Qanunsuz söküntü: Ekskavator sürücüsü azadlığa buraxıldı
- Prezident Goranboya getdi
- İran televiziyasında Azərbaycana hücum çağırışı - Video
- ABŞ Bakıdakı bu tədbiri təxirə saldı
- Elçibəyin İsrail-Azərbaycan münasibətləri barədə tarixi çıxışı
- ABŞ-ın İrana zərbəsi: Bakı monitorinqi gücləndirdi