Krım yarımadasını vuran qasırğa nəticəsində Sevastopoldakı akvarium-muzeydə 800-ə yaxın heyvan ölüb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, qasırğa nəticəsində 1897-ci ildən fəaliyyət göstərən ekzotik heyvanların olduğu zal su altında qalıb.
Məlumata görə, su axını muzeyin damını yararaq, havalandırma sistemini sıradan çıxarıb.
Şahidlərin sözlərinə görə, hər gələn dalğa ilə otağa təxminən üç kubmetr su daxil olub. Muzey direktorunun sözlərinə görə, doqquz akvariumdakı heyvanlar ölüb, binaya böyük ziyan dəyib. Nasoslar və ventilyasiya sistemləri də daxil olmaqla, bütün avadanlıqlar sıradan çıxıb. Hadisə nəticəsində ən çox ziyan muzeyin üçüncü zalına dəyib.
Bundan başqa, Cənubi Dəniz Biologiyası İnstitutunun bir neçə elmi laboratoriyası zədələnib.
- Bu gün Elçibəyin doğum günüdür
- Şəhərlərimizin bombalanması əmrini İrəvanın verdiyi təsdiqləndi
- Meksikalı diplomatlar da Azərbaycana təxliyə olundu
- İrəvanın azərbaycanlıların qayıdışı ilə bağlı bu bəyanatı...
- Arutyunyan etiraf etdi: Suriyadan gətirilən ermənilər...
- Ermənistanın bu bəyanatını qətiyyətlə rədd edirik - XİN
- Rusiya və İran müharibə aparır, Türkiyə... – Sərkisyan qorxutdu
- Böyük Qayıdışla bağlı ilk iclas keçirildi