Bu gün vəfat edən ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin müasir dünya siyasətinin formalaşmasında böyük rolu olması haqda fikirlər tez-tez səsləndirilir. Kissincer vaxtilə mərhum prezident Heydər Əliyevlə də bir neçə dəfə görüşmüş, onun dünya siyasətində mühüm mövqeyə malik olduğunu bildirmişdi.
Kissincer görüşlərin birində Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı da fikir səsləndirib.
BUTA.TV Globalinfo.az-a istinadən həmin söhbəti təqdim edir:
Sual: ABŞ Rusiyanın NATO-ya qarşı sipərə çevirdiyi Ermənistana Azərbaycanla müqayisədə niyə beş-altı dəfə çox yardım edir? Bundan əlavə, siz Rusiyanın Ermənistana bu qədər hərbi yardım göstərməsinə, onun Ermənistanda hərbi bazasının olmasına necə baxırsınız?
Henri Kissincer: Bu, çox yaxşı sualdır və cavabı da sadədir. Cavab da ondan ibarətdir ki, Birləşmiş Ştatlardakı ermənilərin sayı azərbaycanlıların sayından daha artıqdır və onların konqresə təsir göstərmək gücü daha çoxdur.
Heydər Əliyev: (tərcüməçiyə): Bəlkə sən bu sualı düzgün tərcümə eləməmisən?
Henri Kissincer: Mən Rusiyanın regionda sabitliyi pozmaq siyasəti aparmasının əleyhinəyəm və bu siyasəti düzgün hesab etmirəm.
Heydər Əliyevin tərcüməçiyə sualı, çox güman, Kissincerin cavabını birmənalı qarşılamaması və əsassız hesab etməsi ilə əlaqədardır.
Ümumilikdə Henri Kissincer keçmiş Qarabağ münaqişəsi ilə bağlı danışarkən ənənəvi cümlələrdən istifadə edib və məsələnin sülh yolu ilə həllinin zəruriliyinə diqqət çəkib. Lakin tarix göstərdi ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində heç vaxt maraqlı olmadı və Azərbaycan 30 illik işğala parlaq qələbə ilə son qoydu.
- Azərbaycan XİN İspaniyaya başsağlığı verdi
- Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biri...
- Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək