Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Qətərə qısamüddətli səfərə gedib, lakin o, təxminən yarım saat təyyarədə rəsmilərin onu qarşılamasını gözləməli olub.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniyanın “Stern” nəşri məlumat yayıb.
“Frank-Valter Ştaynmayer bir qədər çaşqın görünürdü, hətta arvadı da onu tək buraxıb getmişdi. Dohaya enən bütün digər sərnişinlər artıq təyyarədən düşmüşdülər. Yalnız prezident təyyarənin çıxışında onu qarşılamalı olan məmurları gözləməyə məcbur oldu. Fəxri qarovul və limuzin Almaniya Prezidentinin təyyarəni tərk etməsini gözləyirdi, qırmızı xalça da artıq döşənmişdi, lakin Ştaynmayer cəmi 30 dəqiqədən sonra təyyarədən düşüb”, - məlumatda deyilib.
- Mehdiyevin onların əmlaklarını əlindən alması...
- Tramp 8 deyil, 1 müharibəyə son qoyub
- Əliyev Piterə gedəcəkmi? - Bizim üçün çox vacibdir
- Rusiya Azərbaycanın mülkünə iddia etdi
- Biləsuvar gömrüyündə nə baş verir? - Video
- Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...