Sülh müqaviləsinin bağlanması üçün Ermənistan Azərbaycanı günahlandırmaqdan çəkinməli və üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Əks halda proses uzanacaq.
Bu fikirləri BUTA.TV-a politoloq İlyas Hüseynov bildirib.
Onun sözlərinə görə, Ermənistan parlamentinin spikeri Alen Simonyanın “15 günə sülh əldə oluna bilər“ fikri yalnız o halda reallaşa bilər ki, Ermənistan qeyri-konstriktiv mövqedən əl çəksin:
“Simonyanın sülhlə bağlı açıqlamasında belə siyasi tələb elementi sezilir və ona eyham vurur ki, əgər Azərbaycan şərtləri qəbul etsə və yaxud Ermənistanın gündəliyi ilə razılaşsa, sülh müqaviləsini imzalamaq mümkün olacaq. Bütün bunlar göstərir ki, Ermənistan rəhbərliyi Azərbaycanı günahlandırmaqla sülh prosesinə heç də açıq, səmimi və şəffaf münasibət sərgiləmir”.
Politoloq sülh muqaviləsinin imzalanması istiqamətində böyük geosiyası mərkəzlərin mübarizə apardığını vurğulayıb:
“Moskva, Brüssel və Vaşinqton arasında geosiyasi savaş gedir. Hər kəs istəyir ki, sülh müqaviləsi onun “meydanında” imzalansın. Qərb Vaşinqton, Brüssel formatını, Rusiya isə Moskva-Soçi formatını təklif edir. Ən uyğun, əlbəttə ki, regional platformalar və yaxud birbaşa, vasitəçisiz dialoqdur. Təəssüf ki, Ermənistan birbaşa və regional dialoqlardan da yayınır”.
- ABŞ Rusiyanı belə çökdürür - Tayms
- “Qabı yaramın üstünə atdı” - “Liv Bona Dea”da iş adamının başına oyun açdılar
- Polşa səfirliyi Azərbaycana başsağlığı verdi
- Azərbaycan XİN İspaniyaya başsağlığı verdi
- Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biri...
- Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir