Bu gün Fransada antiazərbaycan və antitürk ab-havası hökm sürür. Bu, daxili siyasi vəziyyət və erməni lobbisinin fəaliyyəti ilə bağlıdır. Fransanın hazırkı hakimiyyətinin siyasətini rədd edirəm.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu fransalı jurnalist, "Şuşa - Qafqazın mirvarisi" kitabının müəllifi Jan Mişel Brön dekabrın 2-də Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Türk dünyasının gələcəyinə həsr olunan beynəlxalq Turan konfransında videokonfrans vasitəsilə çıxışı zamanı deyib.
Onun fikrincə, əsas məsələ odur ki, artıq Ermənistan da Qarabağın Azərbaycanın torpağı olduğunu etiraf edib:
"İndi Azərbaycan bütün dünya ölkələri ilə, o cümlədən Ermənistanla yaxşı əlaqələr qurmağa çalışır. Azərbaycan Fransa ilə də yaxşı əlaqələrdə maraqlıdır. Ümid edirəm, gələcəkdə münasibətlərimiz daha yaxşı olacaq".
O bildirib ki, Parisin hazırkı hakimiyyəti islamafobiya meyillərini açıq-aşkar göstərir:
"Bu, təkcə Azərbaycana yox, bütün islam dünyasına qarşıdır. Bu siyasət dəyişilməlidir və dəyişiləcək. Bu siyasət qəbuledilməzdir. Biz növbəti seçkilərdə bu hökuməti yola salacağıq".
- ABŞ Rusiyanı belə çökdürür - Tayms
- “Qabı yaramın üstünə atdı” - “Liv Bona Dea”da iş adamının başına oyun açdılar
- Polşa səfirliyi Azərbaycana başsağlığı verdi
- Azərbaycan XİN İspaniyaya başsağlığı verdi
- Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biri...
- Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir