Kiyevin meri Vitali Kliçko Ukrayna Prezidenti Vladimir Zelenskini tənqid edib.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, Kliçko Zelenskinin səhvlərinin əvəzini ödədiyini bildirib.
Jurnalistin Zelenskinin reytinqinin aşağı düşməsindən təəccüblənib-təəccüblənmədiyi ilə bağlı sualına Kiyev meri belə cavab verib:
"İnsanlar kimin təsirli, kimin təsirsiz olduğunu görür. Çoxlu gözləntilər var idi və var. Zelenski etdiyi səhvlərin əvəzini ödəyir”.
Bundan əvvəl Kliçko Zelenskini avtoritarizmə doğru meyillənməkdə günahlandırmışdı. Onun fikrincə, Zelenskinin hərəkətləri nəticəsində Ukraynada praktiki olaraq müstəqil hakimiyyət institutları qalmayıb, ölkə hər şeyin bir nəfərin əhval-ruhiyyəsindən asılı olduğu avtoritarizmə doğru gedir.
- İlham Əliyev Davosda Andre Esteveslə görüşdü
- Sədr Hacıqabul və Şirvandan olan vətəndaşları qəbul etdi
- Rusiya və İranda problemlər: İrəvan Azərbaycana ümid edir
- FHN 20 Yanvarla bağlı anım tədbiri keçirdi - Foto
- Leyla Əliyeva Efiopiyanın baş naziri ilə görüşdü
- Bu şəxslər Azərbaycana ekstradisiya edildi
- Türkiyə Hacıbəylini niyə təhvil vermir? - Şübhəli məqamlar
- İrəvandan Türkiyə və Azərbaycanla bağlı açıqlama