Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində dekabrın 3-də dünyanın ən böyük animasiya studiyası olan “The Walt Disney Studio”nun yaradılmasının 100 illiyi münasibətilə Bakıda yubiley tədbiri keçirilib.
Kult.az xəbər verir ki, Nizami Kino Mərkəzində təşkil olunan tədbir Azərbaycan Animasiya Assosiasiyasının dəstəyi ilə reallaşıb.
Tədbirdə qeyd edilib ki, 1923-cü ildə Uolt Disney və Roy O.Disney tərəfindən qurulan “The Walt Disney Company” qısa müddətdə Amerika animasiyasında liderə çevrilib. İlk böyük uğura 1928-ci ildə bu günə kimi də aktuallığını itirməyən “Mickey Mouse”la imza atıb.
Diqqətə çatdırılıb ki, “Disney” 1937-ci ildə ilk tammetrajlı animasiya filmi olan “Ağca və yeddi cırtdan”la animasiyada inqilab edib. Bugünkü gün də “Disney” filmləri, personajları və əyləncə parkları ilə tanınan multimedia nəhəngidir.
Sonda “Mulan” (1998) filmi nümayiş olunub.
- FHN 20 Yanvarla bağlı anım tədbiri keçirdi - Foto
- Leyla Əliyeva Efiopiyanın baş naziri ilə görüşdü
- Bu şəxslər Azərbaycana ekstradisiya edildi
- Türkiyə Hacıbəylini niyə təhvil vermir? - Şübhəli məqamlar
- İrəvandan Türkiyə və Azərbaycanla bağlı açıqlama
- ABŞ Rusiyanı belə çökdürür - Tayms
- “Qabı yaramın üstünə atdı” - “Liv Bona Dea”da iş adamının başına oyun açdılar
- Polşa səfirliyi Azərbaycana başsağlığı verdi