Çox maraqlı sual verirsiniz. Əlbəttə, deyəcəyim nəsə var, amma düzünü desəm, sual birinci xanım üçün çox siyasidir.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukraynanın birinci xanımı Yelena Zelenskaya yapon jurnalistin “Ukraynanın Rusiya ilə danışıqlara başlaması üçün hansı şərtlər lazımdır? Rusiya daim dialoqa hazır olduğunu bildirir. Bu barədə nə düşünürsünüz” sualına cavabında deyib.
Zelenskaya bildirib ki, bu suala prezident cavab verməlidir:
“Mən belə bir məsuliyyəti öz üzərimə götürə bilmərəm, belə bir mandatım yoxdur. Bu mövzuda hər hansı sözüm prezidentin sözləri kimi qəbul olunacaq, çünki mən ona yaxın adamam”.
O əlavə edib ki, Ukrayna prezidenti bu barədə çox danışır:
“Əminəm ki, bir gün Rusiya ilə sülh danışıqları baş tutacaq. Təbii ki, danışıqların tez bir zamanda olmasını istəyirəm, çünki dediyiniz kimi, hər gün qurbanlarımız olur. Qan tökülməsini dayandırmaq əsas vəzifədir. Ümid edirəm ki, belə danışıqlar üçün şərait ən qısa zamanda yaradılacaq”.
- İlham Əliyev Davosda Andre Esteveslə görüşdü
- Sədr Hacıqabul və Şirvandan olan vətəndaşları qəbul etdi
- Rusiya və İranda problemlər: İrəvan Azərbaycana ümid edir
- FHN 20 Yanvarla bağlı anım tədbiri keçirdi - Foto
- Leyla Əliyeva Efiopiyanın baş naziri ilə görüşdü
- Bu şəxslər Azərbaycana ekstradisiya edildi
- Türkiyə Hacıbəylini niyə təhvil vermir? - Şübhəli məqamlar
- İrəvandan Türkiyə və Azərbaycanla bağlı açıqlama