"Ankaragücü”- “Beşiktaş” oyunundan sonra azarkeşlər arasında insident yaşanıb.
BUTA.TV Türkiyəmediasın istinadən xəbər verir ki, qarşılaşmadan sonra azarkeşlər "Eryaman" stadionuna zərər vurub, üstəlik polisə də hücum ediblər.
Əvvəlcə "Ankaragücü"nün tərəfdarları "Beşiktaş" azarkeşlərinin yer aldığı tribunalarına tərəf yad əşyalar atıblar.
Daha sonra "Beşiktaş” fanatları oturacaqları sındıraraq meydan sahiblərinin azarkeşlərinin üstünə atmağa çalışıblar. Stadionu tərk etməyi gözləyən "Beşiktaş”lılar ardından yan tribunalarda "Ankaragücü"nə məxsus pankartları sökərək yandırıblar. Nəticədə yanğınsöndürənlər müdaxilə etmək məcburiyyətində qalıb və yanan oturacaqları söndürüblər.
Bundan başqa "ağ-qara"lı azarkeşlər oturacaqlarla yanaşı stadionun tualetlərinə də ziyan vurublar. Nəticədə sakitləşməyən "Beşiktaş" azarkeşləri polisin geniş təhlükəsizlik tədbirləri və nəzarəti altında stadionu tərk edib.
Qonaqlardan fərqli olaraq "Ankaragücü" azarkeşləri polisə də hücum edib. Azarkeşlərin atdığı daşlardan xəsarət alan olmasa da, polisə aid olan nəqliyyat vasitələrinin şüşələri sındırılıb.
Qeyd edək ki, Superliqanın 14-cü turu çərçivəsində baş tutan "Ankaragücü" - "Beşiktaş" matçı 1:1 hesabı ilə yekunlaşıb.
- Bu şəxslər Azərbaycana ekstradisiya edildi
- Türkiyə Hacıbəylini niyə təhvil vermir? - Şübhəli məqamlar
- İrəvandan Türkiyə və Azərbaycanla bağlı açıqlama
- ABŞ Rusiyanı belə çökdürür - Tayms
- “Qabı yaramın üstünə atdı” - “Liv Bona Dea”da iş adamının başına oyun açdılar
- Polşa səfirliyi Azərbaycana başsağlığı verdi
- Azərbaycan XİN İspaniyaya başsağlığı verdi
- Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biri...