Ötən gün axşam saatlarında Bakının 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə BUTA.TV-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Qeyd olunub ki, qəza nəticəsində 1 ədəd işıqfor dirəyi və onun idarəetmə qutusu, eləcə də yolda olan elektrik paylayıcı lövhə sıradan çıxıb. Hazırda yolda sürücü və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə işlər görülür.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən yol nişanlarının tələblərinə və sürət həddinə əməl etməyi xahiş edir.
- İlham Əliyev Davosda Andre Esteveslə görüşdü
- Sədr Hacıqabul və Şirvandan olan vətəndaşları qəbul etdi
- Rusiya və İranda problemlər: İrəvan Azərbaycana ümid edir
- FHN 20 Yanvarla bağlı anım tədbiri keçirdi - Foto
- Leyla Əliyeva Efiopiyanın baş naziri ilə görüşdü
- Bu şəxslər Azərbaycana ekstradisiya edildi
- Türkiyə Hacıbəylini niyə təhvil vermir? - Şübhəli məqamlar
- İrəvandan Türkiyə və Azərbaycanla bağlı açıqlama