Türkiyə kəşfiyyatı İsraili Türkiyədə yaşayan HƏMAS üzvlərini təqib etməsinin “ciddi nəticələri” barədə xəbərdarlıq edib.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
İsrailin kəşfiyyat xidmətləri Qəzzada müharibə başa çatdıqdan sonra bütün dünyada Fələstin HƏMAS hərəkatının liderlərini məhv etməyə hazırlaşdığını bildirib. “Wall Street Journal” İsrail rəsmilərinə istinadən xəbər verib ki, xüsusilə, Livan, Türkiyə və Qətərdə yaşayan HƏMAS liderlərinin izinə düşmək üçün planlar hazırlanır. Qəzet yazır ki, İsrail Qəzzadakı hərəkatın liderlərini ələ keçirib məhv etməyə çalışır.
"Türkiyə kəşfiyyatındakı mənbələr, İsrailin Fələstindən kənarda, o cümlədən Türkiyədə yaşayan HƏMAS üzvlərini təqib edəcəyinə dair beynəlxalq mediada çıxan xəbərlərlə bağlı İsrail rəsmilərinə lazımi xəbərdarlıqların edildiyini bildirib. Xəbərdarlıq edilib ki, belə bir mövqenin ciddi nəticələri olacaq”, - telekanal kəşfiyyat orqanlarındakı mənbələrə istinadən xəbər verir.
Kanalın həmsöhbəti xatırladıb ki, “müxtəlif xüsusi xidmət orqanları əvvəllər Türkiyə Respublikası ərazisində qanunsuz fəaliyyət göstərməyə cəhd ediblər”.
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?
- Nəsimi Nəbizadə "Qurtuluş"undan danışdı
- Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı
- Rza Pəhləvinin Sultan Əhmədə xəyanəti
- İlham Əliyevə verilən mükafat daha öncə kimlərə təqdim edilib?
- Fransadan Bakının ermənilərlə bağlı qərarına reaksiya
- Baş Prokurorluq nazirliyə bu həkimlə bağlı təqdimat göndərdi