Rusiya xüsusi hərbi əməliyyatda məğlub ola bilməz. Çünki əks halda ABŞ ilə nüvə tarazlığını və qlobal güc balansını qoruya biləcək heç bir ölkə qalmayacaq və dünya özünü yeni müstəmləkə sistemində tapacaq.
BUTA.TV xəbər verir ki, bunu RT kanalının baş direktoru Dmitri Kiselyov deyib.
“İkinci Dünya müharibəsindən sonra yaranan sülh bizim nəslə qədər bəs etdi. Bizim nəsil isə yeni quruluşu yaradır. Təsəvvür edək ki, Rusiya uduzur, o zaman dünyada ABŞ-la nüvə və qlobal qüvvələr balansını qoruyacaq bir ölkə qalmayacaq: Rusiya parçalanacaq, dünya münasibətləri tamamilə dəyişəcək və hamı özünü yeni müstəmləkə sistemində hiss edəcək, çünki amerikalıların resurslara ehtiyacı var, avropalılar isə müstəmləkə modelinə uyğun yaşamağa öyrəşiblər”, - o bildirib.
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?
- Nəsimi Nəbizadə "Qurtuluş"undan danışdı
- Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı
- Rza Pəhləvinin Sultan Əhmədə xəyanəti
- İlham Əliyevə verilən mükafat daha öncə kimlərə təqdim edilib?