Ukraynanın Donetsk vilayətinin Rusiyanın nəzarəti altında olan Makeevka şəhəri yaxınlığında azərbaycanəsilli sakin Əhədulla Şirxan oğlu Qəniyev öldürülüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Ə.Qəniyevi qondarma Donetsk Respublikası silahlıları tərəfindən qətlə yetirilib.
Belə ki, silahlılar Makeevka ətrafında yaşayan və uzun illərdir şəxsi təsərrüfatla məşğul olan soydaşımızı əvvəlcə qarət ediblər. Onun xırda tutumlu avtobusu əlindən alınıb. Buna etiraz etdikdə isə silahlılar tərəfindən avtomatın qundağı ilə döyülərək öldürülüb.
Qeyd edək ki, Ə.Qəniyev Azərbaycanın Lənkəran rayonunda anadan olub. O, uzun illərdir Donetskdə yaşayırmış.
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?
- Nəsimi Nəbizadə "Qurtuluş"undan danışdı
- Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı
- Rza Pəhləvinin Sultan Əhmədə xəyanəti