Bakıya nə vaxt qar yağacaq?

15:16 - 5 Dekabr 2023 - GÜNDƏM

 Bakıya nə vaxt qar yağacaq?

Qar yağması qış fəslində şimaldan, qərbdən və Sibirdən daxil olan hava kütlələri nəticəsində yaranır. Rusiyada güclü qar yağmağa başlayıb və bu qarın Azərbaycana da yetişmə ehtimalı var. Hazırda Azərbaycanda proqnozlara görə qar yağması gözlənilir.

Bu sözləri BUTA.TV-a açıqlamasında iqlimşünas Qorxmaz İbrahimli qeyd edib.

“Yaxın vaxtlarda Türkiyədən və Qərbdən daxil olan soyuq hava kütlələri ilə Azərbaycanın dağlıq və dağətəyi ərazilərinə qar yağacaq. Artıq bir çox ərazilərimizə qar yağıb. İndi də fəsilə uyğun qar yağması gözlənilir”, - İbrahimli deyib.

İqlimşünas bildirib ki, Bakıya çox nadir hallarda qar yağır:

Bu xəbər hal-hazırda çox oxunur
ABŞ Rusiyanı belə çökdürür - Tayms

“Bakı səhra şəhəridir. Bura qar yağışları adətən dekabr və yanvar aylarına təsadüf edir. Fevralda isə nadir hallarda keçici qar yağır. İqlim dəyişiklikləri ilə bağlı olaraq Azərbaycan quru suptropik qurşaqda olduğu üçün qar yağışı tez-tez gözlənilmir. Bakıya yağış yağması bol olsa da, qar yağışı dekabrın sonlarına doğru gözlənilir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol