Tehranın Evin həbsxanasında saxlanılan zəncanlı siyasi məhbus, Nobel Sülh mükafatı laueratı Nərgiz Məhəmmədinin məktubu yayılıb.
BUTA.TV “Röyters”ə istinadla xəbər verir ki, İsveçin SVT kanalı hüquq müdafiəçisinin məktubunu işıqlandıraraq, bunun telekanalın gizli vasitələrlə Evin həbsxanasından Məhəmmədiyə ünvanladığı sualların cavabı olduğunu bildirib.
Məktubda N.Məhəmmədi azadlıq və bərabərlik uğrunda apardığı mübarizəsindən bəhs edir:
“Həbs, mənəvi işgəncə, daimi təkadamlıq kamera, məhkumluqdan sonra növbəti məhkumluq... məni dayandırmayıb və dayandıra bilməyəcək! Həyatım bahasına olsa belə, azadlıq və bərabərlik uğrunda mübarizə aparacağam”, - Məhəmmədi məktubunda yazıb.
O, 8 ildi görmədiyi uşaqları üçün darıxdığını, ancaq bunun onu ruhdan salmadığını qeyd edib.
Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?
- Nəsimi Nəbizadə "Qurtuluş"undan danışdı
- Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı
- Rza Pəhləvinin Sultan Əhmədə xəyanəti
- İlham Əliyevə verilən mükafat daha öncə kimlərə təqdim edilib?