Ərəb ölkələri İsrailə gizli dəstək verir – “Ekonomist”

21:48 - 5 Dekabr 2023 - GÜNDƏM

 Ərəb ölkələri İsrailə gizli dəstək verir – “Ekonomist”

Ərəb ölkələri HƏMAS-la münaqişədə İsrailə gizli dəstək verir.

BUTA.TV xəbər verir ki, bu barədə Britaniyanın “Ekonomist” (The Economist) jurnalının və İsrailin “Haaretz” qəzetinin nəşrlərində qeyd olunur.

İddia edilib ki, ərəb liderlər İsrailin HƏMAS-ı məğlub edəcəyinə ümid edirlər, çünki onlar radikal Fələstin hərəkatını daxili siyasi sabitliyə təhlükə kimi görürlər.

Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 50-dən çox liderinin bu yaxınlarda Ər-Riyadda keçirilən görüşündə İran və digər liderlər HƏMAS-ı dəstəkləməyi, o cümlədən silah tədarükü və İsrailə qarşı sanksiyalar tətbiq etməyi təklif ediblər. Lakin bu təkliflər rədd edilib.

Bu xəbər hal-hazırda çox oxunur
ABŞ Rusiyanı belə çökdürür - Tayms

Bundan əlavə, Səudiyyə Ərəbistanı və digər ölkələr neftdən İsrailə qarşı silah kimi istifadə etməkdən imtina edərək, 1973-cü il Yom Kippur müharibəsi zamanı qəbul edilən yanaşmadan uzaqlaşıblar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol