Təəssüflər olsun ki, Avropada liderlər arasında cənab Borel, madam Metsola kimi populist insanlar var. Mən hər zaman açıq danışmağı xoşlayıram. Mən onların yürütdüyü siyasətlə və Azərbaycana olan münasibətləri ilə tamamilə razı deyiləm, narazıyam. Bu, ədalətsizdir və heç də Avropa İttifaqının maraqlarına uyğun deyil.
BUTA.TV xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı səsləndirib.
“Ancaq ümumilikdə Avropa Komissiyası haqqında danışanda, bizim çox gözəl münasibətlərimiz var. Biz buna böyük əhəmiyyət veririk, onlar strateji əhəmiyyət daşıyır. Bu, təkcə enerji və qaz-neft sahəsini əhatə etmir. Tezliklə hidrogen sahəsində əməkdaşlıq edəcəyik. Bilirsiniz ki, Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanı bağlayan bir layihə olacaq. Yəni, oyun qaydalarında böyük dəyişiklik olacaq və bu, artıq icra prosesindədir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?
- Nəsimi Nəbizadə "Qurtuluş"undan danışdı