Tehran məhkəməsi SEPAH-ın Qüds qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin öldürülməsi ilə bağlı 3 iclas keçirdikdən sonra yekun qərar çıxarıb.
BUTA.TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Qərara əsasən, ABŞ hökuməti və bu ölkənin 41 digər fiziki və hüquqi şəxsi Qasım Süleymaninin ölümündəki rollarına görə 49 milyard 770 milyon dollar təzminat ödəməyə məhkum ediliblər.
Həmçinin, məhkəmə ABŞ hökumətinin və digər müttəhimlərin rəsmi üzr istəməsi, onu qəzetlərdən birində dərc etməsi ilə bağlı qərar çıxarıb.
Qeyd edək ki, Qasım Süleymani 2020-ci il yanvarın 3-ə keçən gecə, ABŞ pilotsuz təyyarəsindən endirilən dəqiq raket zərbələri nəticəsində Bağdad aeroportunda öldürülüb.
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?