Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun görüşü olub.
BUTA.TV xəbər verir ki, tərəflər Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının işinin gündəliyinə daxil olan ikitərəfli ticari-iqtisadi əməkdaşlığın aktual məsələlərini nəzərdən keçiriblər.
Hökumətlərarası Komissiyanın həmsədrləri ikitərəfli əməkdaşlığın səmərəliliyini təsdiqləyən ticarət inkişafının müsbət dinamikasını vurğulayıblar. Görüşdə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsinin artımının 2023-cü ilin yanvar-oktyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz təşkil etdiyi qeyd olunub.
Tərəflər Rusiya-Azərbaycanın münasibətlərin bütün istiqamətlər üzrə möhkəmlənməsinə yönələn konstruktiv dialoqun davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?