Türkiyə zəlzələlər zamanı ən çox tələfatla üzləşən üçüncü ölkədir.
BUTA.TV xəbər verir ki, bunu yaponiyalı inşaat mühəndisi, memar və zəlzələ eksperti Yoşinori Morivaki Türkiyədə tələbələrlə keçirdiyi görüşdə deyib.
O bildirib ki, fevralın 6-da episentri Qəhrəmanmaraşda baş verən zəlzələni heç kim unutmamalıdır:
“Artıq zəlzələlərlə bağlı reallıqları qəbul etməliyik. Əvvəllər "Konyada zəlzələ olmur" deyirdilər. İndi isə olur. Türkiyənin də Yaponiya kimi zəlzələ xəritəsi qırmızıdır. “Allah qorusun, zəlzələ olmasın” deyil, “Zəlzələdə dağıntı az olsun” deməliyik. Hamımız birlikdə tədbir görməli və yeraltı təkanlara hazır olmalıyıq. Zəlzələ ilə bağlı ehtiyat tədbirləri gördükdə, itkilər 70 faiz az olur. Bu çox vacib rəqəm deyilmi? Niyə bunu etmirik? Bir gün zəlzələ olacaq, buna hazır olmalıyıq. Əhməd Mete İşıkaranın dediyi kimi, “Zəlzələ öldürməz, bina öldürər”. Bunu unutmamalıyıq”.
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?