Hacıqabul rayonunda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.
BUTA.TV xəbər verir ki, hadisə saat 20 radələrində Hacıqabul rayonu Udulu kəndi ərazisində qeydə alınıb. VAZ markalı avtomobil iki əmioğlunu, Udulu kənd sakinləri - 18 yaşlı Pünhan Ehtiram oğlu Qocayev və 19 yaşlı Əli İlqar oğlu Qocayevi vurub. Pünhan Qocayev hadisə nəticəsində ölüb. Xəsarət alan Əli Qocayev isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
- Bu gün Elçibəyin doğum günüdür
- Şəhərlərimizin bombalanması əmrini İrəvanın verdiyi təsdiqləndi
- Meksikalı diplomatlar da Azərbaycana təxliyə olundu
- İrəvanın azərbaycanlıların qayıdışı ilə bağlı bu bəyanatı...
- Arutyunyan etiraf etdi: Suriyadan gətirilən ermənilər...
- Ermənistanın bu bəyanatını qətiyyətlə rədd edirik - XİN
- Rusiya və İran müharibə aparır, Türkiyə... – Sərkisyan qorxutdu
- Böyük Qayıdışla bağlı ilk iclas keçirildi