İran Prezidenti İbrahim Rəisinin ötən həftə Türkiyəyə nəzərdə tutulan səfərinin ləğv edilməsi Türkiyə prezidentinin istəyi ilə olub.
BUTA.TV xəbər verir ki, bu barədə "Əş Şərq əl-Əvsət" qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Rəsinin səfərinin qəfil ləğvi onun Türkiyənin İsrailə qarşı daha sərt mövqe tutması barədə çağırış və təzyiq cəhdlərindən sonraya təsadüf edib.
"Türkiyənin öz səfirini İsraildən geri çağırmasına baxmayaraq, İran Ankaraya İsrailə qarşı daha sərt tədbirlər görməsi üçün təzyiq göstərmək istəyir", - qəzet qeyd edib.
Nəşr bildirib ki, Ərdoğanın İbrahim Rəisinin Türkiyəyə səfərini ləğv etməsi İranın Ankaraya qarşı təzyiqlərinə cavabdır.
- Kamal Abdullanın 20 yaşında dekan müavini etdiyi Jalə onların qızı imiş… – FOTO
- Başçı müavininin əri içib canlı açdı, xanımı istefa verdi - Video
- Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto