Avropa Birliyinə daxil olmaq Serbiya üçün strateji məqsəddir, lakin Belqrad Rusiyaya qarşı yönəlmiş sanksiya siyasətinə qoşulmaq niyyətində deyil.
BUTA.TV xəbər verir ki, bunu Serbiya müdafiə naziri Miloş Vuçeviç deyib.
“Serbiya Avropa Birliyinin tamhüquqlu üzvü olmalıdır, çünki vətəndaşlarımız bundan faydalanacaqlar. Bu bizim strateji öhdəliyimizdir və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Amma kimlərsə bu yolda milli DNT-mizdən imtina etməyimizi gözləyirsə, ciddi şəkildə yanılırlar. Biz Rusiyaya qarşı sanksiyalar tətbiq etməmişik və etməyəcəyik. Biz Çinlə, eləcə də ərəb dünyası, Hindistan, Afrika və Amerika ilə tərəfdaşlığı davam etdirəcəyik”, - Vuçeviç bildirib.
- Kamal Abdullanın 20 yaşında dekan müavini etdiyi Jalə onların qızı imiş… – FOTO
- Başçı müavininin əri içib canlı açdı, xanımı istefa verdi - Video
- Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto