Mən avropalı həmkarlarla görüşlərimdə hər dəfə bildirirəm ki, Azərbaycan etibarlı tərəfdaşdır.
BUTA.TV xəbər verir ki, bunu Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində deyib.
"İcazə verin, prezidentlər Vuçiç və Əliyevə bir daha təşəkkürümü bildirim. Onlar oktyabrın 1-də Yunanıstan və Bolqarıstan arasındakı interkonnektorun açılış mərasimində iştirak etmək üçün Sofiyaya gəlmişdilər. Həmin interkonnektor sayəsində Bolqarıstan nəhayət ki, Azərbaycan qazını qəbul edə bildi. Bizim on il öncə anlaşmamız var idi. O vaxt biz nə Avropadan, nə də ki, Azərbaycandan fiziki qaz qəbul edə bilmirdik. Mən Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır. Baxmayaraq ki, on il öncə mühüm dəyişikliklər olmuşdu.
Mən avropalı həmkarlarla görüşlərimdə hər dəfə bildirirəm ki, Azərbaycan etibarlı tərəfdaşdır. Mən inanıram ki, biz elə bu cür də çalışmağa davam edəcəyik", - R.Radev bildirib.
- Kamal Abdullanın 20 yaşında dekan müavini etdiyi Jalə onların qızı imiş… – FOTO
- Başçı müavininin əri içib canlı açdı, xanımı istefa verdi - Video
- Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto