Erməni faktorunun yaranmasında baş rollardan birini elə Fransa oynayır. Çünki erməni ideologiyasının formalaşması Fransada təhsil almış, yetişmiş erməni gənclərinin vasitəsi ilə olub. Fransa həm maddi, həm ideoloji, lazım olduğu zamanda agentura ilə onlara dəstək verir.
Bu sözləri BUTA.TV-a milli təhlükəsizlik üzrə ekspert Rəşad Rza Bakının ifşa etdiyi Fransa agent şəbəkəsi haqqında danışarkən deyib. Ekspert bildirib ki, bu, həm də Azərbaycan kəşfiyyatının necə mütəşəkkil işlədiyini sübut etdi:
“Fransa agenturası hansı üslubla işləyir? Belə bir ipucu verə bilərik ki, missionerlik yolu ilə fəaliyyət göstərirlər. Onlar ta qədimdən belə çalışıblar. Onlar həm ölkədə öz dinlərini, əqidələrini yayırlar, həm də ona paralel olaraq agentura işlərini, tapşırıqlarını həyata keçirirlər”.
- Şəhərlərimizin bombalanması əmrini İrəvanın verdiyi təsdiqləndi
- Meksikalı diplomatlar da Azərbaycana təxliyə olundu
- İrəvanın azərbaycanlıların qayıdışı ilə bağlı bu bəyanatı...
- Arutyunyan etiraf etdi: Suriyadan gətirilən ermənilər...
- Ermənistanın bu bəyanatını qətiyyətlə rədd edirik - XİN
- Rusiya və İran müharibə aparır, Türkiyə... – Sərkisyan qorxutdu
- Böyük Qayıdışla bağlı ilk iclas keçirildi
- Bu ölkələrin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi