Xəbər verdiyimiz kimi, Bakıda Vəkillər Kollegiyasının inzibati binasının yanında Salyan Vəkil Bürosunun üzvü Zaur İsa oğlu Məmmədov üzərinə tezalışan maddə tökərək özünü yandırıb. O, hadisə yerində ölüb.
BUTA.TV xəbər verir ki, vəkilin dostu Aşur Bədəlsoy özünün sosial media hesabında Zaur Məmmədovun intiharının səbəbi barədə paylaşım edib.
O, dostu ilə sonuncu dəfə cümə günü vatsap vasitəsilə danışdığını bildirib.
"Son olaraq dost kimi deyim, haqqı üzərimdə qalmasın. Tanıdığım sözünə bütöv tək-tük insanlardan biri idi. Mənə Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10.000 manat pul verdiyini dedi. İşin həll olmadığını, müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin onu tutdurmaq üçüb prokurorluğa şikayət edəcəyini dedi" - o, qeyd edib.
Aşur Bədəlsoyun sözlərinə görə, Zaur Məmmədov çarə tapmadığını və özünü yandıracağını deyib:
"Səhəri gün müstəntiqlə görüşəcəyini, olmasa, özünü öldürəcəyini dedi. Zarafat elədiyini düşündüm. Həll olacağını, səbirli olmağını dedim. O isə bir neçə başqa iş üçün də pullar verdiyini bildirdi. Bu gün səhərdən əlaqə saxlaya bilmədim. Narahat oldum... Xəbəri yayıldı..."
- Kamal Abdullanın 20 yaşında dekan müavini etdiyi Jalə onların qızı imiş… – FOTO
- Başçı müavininin əri içib canlı açdı, xanımı istefa verdi - Video
- Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto