Rusiya Liberal Ddemokrat Partiyasının keçmiş lideri, 2022-ci ildə ölən Vladimir Jirinovskinin 2024-cü il üçün proqnozu yayılıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Gorodche” nəşri yazıb. Bildirilib ki, Jirinovski ABŞ-ın 2024-cü ildə mövcudluğuna son qoyacağını proqnozlaşdırmışdı:
“2024-cü ildə ABŞ-da seçkilər olmayacaq, çünki Amerikanın özü də olmayacaq”.
Jirinovskinin fikrincə, ABŞ-ın dağılmasının səbəbi, SSRİ kimi, ölkə daxilində millətlərarası münaqişələr olacaq.
Nəşr Jirinovskinin sağlığında verdiyi və artıq reallaşan proqnozlarını da xatırladıb. Xüsusilə, 2019-cu ildə Liberal Demokrat Partiyasının keçmiş lideri Yaxın Şərqdə münaqişə olacağını proqnozlaşdırmışdı.
“Hər kəs Ukraynanın nə olduğunu unudacaq, çünki İran KXDR, Vyetnam və ya Kosova deyil. Ən dəhşətli hadisələr burada baş verəcək”, - deyə siyasətçi bildirmişdi.
- Kamal Abdullanın 20 yaşında dekan müavini etdiyi Jalə onların qızı imiş… – FOTO
- Başçı müavininin əri içib canlı açdı, xanımı istefa verdi - Video
- Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto