Ofisi İngiltərədə yerləşən “GiveMeSport” portalı Çempionlar Liqası tarixində oynamış büdcəsinə görə ən kiçik 10 klubun siyahısını tərtib edib.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, saytın ekspertləri siyahını klubların ilk növbədə iqtisadi vəziyyətini, sonra tarixini, azarkeş bazasını və oyuna gələn fanatlarının sayını nəzərə almaqla hazırlayıb.
Bu zaman təsnifat mərhələləri deyil, yalnız qrup mərhələsində iştirak əsas götülüb.
Reytinqdə Azərbaycan təmsilçisi “Qarabağ” da yer alıb. Ağdam klubu 4-cü yerdə qərarlaşıb.
Bu siyahıya düşən 10 komanda aşağıda adları qeyd edilənlərdir:
1. “Unirya” (Rumıniya)
2. “Şerif” (Moldova)
3. “Astana” (Qazaxıstan)
4. “Qarabağ” (Azərbaycan)
5. BATE (Belarus)
6. “Maribor” (Sloveniya)
7. APOEL (Kipr)
8. “Viktoriya” (Plzen, Çexiya)
9. “Krasnodar” (Rusiya)
10. “Antverpen” (Belçika)
Xatırladaq ki, “Qarabağ” 2017/18 mövsümündə Azərbaycan futbolu tarixində ilk və hələlik sonuncu dəfə Çempionlar Liqasının qrupuna vəsiqə qazanıb. Bu mərhələdə onlar “Çelsi” (İngiltərə), “Roma” (İtaliya) və “Atletiko” (Madrid, İspaniya) ilə mübarizə aparıb. Qurban Qurbanovun komandası “Atletiko” ilə hər iki oyunda heç-heçə edib (0:0, 1:1) digər dörd matçda isə uduzub və qrupu 2 xalla sonuncu yerdə tamamlayıb.
- Kamal Abdullanın 20 yaşında dekan müavini etdiyi Jalə onların qızı imiş… – FOTO
- Başçı müavininin əri içib canlı açdı, xanımı istefa verdi - Video
- Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto