Sabah havanın əsasən yağmursuz keçəcəyi, temperaturun 15 dərəcə isti olacağı gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60% olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
- Kamal Abdullanın 20 yaşında dekan müavini etdiyi Jalə onların qızı imiş… – FOTO
- Başçı müavininin əri içib canlı açdı, xanımı istefa verdi - Video
- Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto