Rusiya Müdafiə Nazirliyi Ukraynadakı savaşın gedişi ilə bağlı ən son məlumatı dərc edib.
BUTA.TV xəbər verir ki, Rusiya MN yalnız son sutkada Ukraynanın Zaporojye istiqamətində 55, Kupyansk istiqamətində 35-dən çox, Cənubi Donetsk istiqamətində 115, Xerson istiqamətində 50-dən çox, Donetsk istiqamətində 310-dan çox, Qırmızı Liman istiqamətində 40-a qədər əsgərinin məhv edildiyini bildirib.
Həmçinin çoxsaylı zirehli maşın, artilleriya, tank, PDM və s. məhv edildiyini vurğulayıb.
Eyni zamanda Rusiya artilleriyası Rabotino, Verbovoye və Lukyanskda Ukraynanın 3 briqadasına ağır zərbələr endirib, texniki və heyət itkisinə məruz qoyub.
Rus ordusu əcnəbi muzdlulara da Xarkovda zərbə endirib, onların aviasilah anqarı, radiolokasiya stansiyası və digər sistemləri sıradan çıxarılıb, canlı itkiyə məruz qalıblar.
Qeyd edək ki, bu məlumat Rusiya MN-in son sutkada baş verənlərlə bağlı açıqladıqlarının hələ hamısı deyil və buna görə də səhihliyi ilə bağlı şübhə yaradır.
- Kamal Abdullanın 20 yaşında dekan müavini etdiyi Jalə onların qızı imiş… – FOTO
- Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü