Mikroavtobusla "Niva" toqquşdu: xəsarət alanlar var

00:40 - 4 Yanvar 2024 - GÜNDƏM

 Mikroavtobusla

Zaqatalada mikroavtobusla "Niva" markalı avtomobil toqquşub.

BUTA.TV xəbər verir ki, qəza Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı Muğanlı kənd sakinləri - 1994-cü il təvəllüdlü Yusif Bayram oğlu Əliyev, 1987-ci il təvəllüdlü Səxavət Qəhrəman oğlu Qurbanov və 2014-cü il təvəllüdlü Ziya Saleh oğlu Dəmirov xəsarət alıblar.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Bu xəbər hal-hazırda çox oxunur
ABŞ Rusiyanı belə çökdürür - Tayms

Faktala bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol