İrəvanda keçirilən bu aksiya qəbuledilməzdir - İsrail

01:24 - 4 Yanvar 2024 - GÜNDƏM

 İrəvanda keçirilən bu aksiya qəbuledilməzdir - İsrail

Nasist təəssübkeşi Qaregin Njdenin təbliği qəbuledilməzdir.

BUTA.TV xəbər verir ki, bu barədə İsrailin Ermənistan və Moldovadakı qeyri-rezident səfiri Coel Lion X hesabında İrəvanda Njdenin şərəfinə yürüşü şərh edərkən yazıb.

“2024-cü il yanvarın 1-də İrəvanda “Sieg Heil” şüarı altında keçirilən yürüşdən çox narahatam. Nasist təəssübkeşi Qaregin Njdenin təbliği qəbuledilməzdir. Hakimiyyət neonasizmin və antisemitizmin bütün formalarına qarşı qəti mövqe tutmalıdır”, - o yazıb.

Qeyd edək ki, İrəvanda neonasistlər faşist Reyxi ilə əməkdaşlıqda günahlandırılan erməni nasisti Qaregin Njdenin doğum günü şərəfinə yürüş keçiriblər.

Bu xəbər hal-hazırda çox oxunur
ABŞ Rusiyanı belə çökdürür - Tayms

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol