Dünyanın ən bahalı 100 futbolçusunun adları bəlli olub.
BUTA.TV Report-a istinadən Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) yeni siyahını açıqlayıb.
CIES-in versiyasına əsasən, İspaniyanın "Real" klubunda çıxış edən ingiltərəli Cud Bellinqem ilk pillədə qərarlaşıb.
20 yaşlı oyunçunun dəyəri 267.5 milyon avro olaraq qiymətləndirilib. İngiltərə təmsilçisi "Mançester Siti"dən norveçli Erlinq Holann (251,2 milyon avro) ikinci, Bellinqemin komanda yoldaşı braziliyalı Vinisius Junior (250,3 milyon avro) üçüncü olub.
"Real"dan Rodriqo (247,9 milyon avro), İngiltərənin "Arsenal" klubundan Bukayo Saka (223 milyon avro), "Mançester Siti"dən Fil Foden (195,8 milyon avro), İspaniya çempionu "Barselona"dan Qavi (175,4 milyon avro), "Mançester Siti"dən Xulian Alvares (164,7 milyon avro), Almaniyanın "Bavariya" komandasından Camal Musiala (152,4 milyon avro) və "Arsenal"dan Martin Edeqor (150,6 milyon avro) ilk "10-luğ"u tamamlayıblar.
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?