“Meta”nın təsisçisi və baş direktoru Mark Zukerberq 2023-cü ilin son iki ayında şirkətinin təxminən 1,28 milyon səhmini sataraq, ümumilikdə 428 milyon dollar qazanıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilin noyabr-dekabr aylarında həyata keçirilən əməliyyatların hər biri Zukerberqə 10,4 milyon dollar qazandırıb, maksimal həcm isə dekabrın 28-də qiymətli kağızların satışı olub. Həmin gün Zukerberq 47 664 səhmə görə təxminən 17,15 milyon dollar əldə edib.
İki ildir “Meta” səhmlərini satmayan Zukerberq səhmlərinin bir hissəsini satmaq qərarını son bir ildə qiymətin xeyli yüksəlməsi və hazırda 2021-ci ildə əldə edilən maksimum səviyyəyə yaxınlaşması ilə izah edir.
Markın hazırda sərvəti 125 milyard dollar olaraq qiymətləndirilir.
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?