Sabirabadda qanunsuz ov etmək istəyən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Şıxlar kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov etmək istəyən dörd nəfər saxlanılıb.
Həmin şəxslərdən ov silahları, patronlar və ov qurğuları aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?