Türkiyədə prezident seçkilərinin 2-ci turunda CHP-nin sabiq sədri Kamal Kılıçdaroğlu ilə Zəfər Partiyasının rəhbəri Ümid Özdağ arasında əldə olunan anlaşma məni çox məyus etdi.
BUTA.TV xəbər verir ki, bunu Gələcək Partiyası sədri Əhməd Davudoğlu deyib.
Ə.Davudoğlu bildirib ki, biz “Altılı masa”da Türkiyənin gələcəyi ilə bağlı sənədlər hazırlamışdıq:
“O sənədlərlə ölkəni idarə etməyi planlaşdırırdıq. Lakin Özdağ bəyin siyasi yanaşması ilə “Altılı masa”nın yaratdığı sənədlər arasında ortaq bir əlaqə görmədim. Çünki Ü.Özdağ həmin sənədlərin ruhuna zidd yanaşmaları ilə tanınırdı. Kılıçdaroğlunun bu addımı əlbəttə ki, məni məyus etdi. Çünki biz necə birlikdə hərəkət edə bilərik? Mən ksenofobiyanın əleyhinəyəm, Türkiyədə etnik və məzhəb çatışmazlıqlarının provokasiyasına qarşıyam. Mən buna etiraz edəndə Kılıçdaroğlu belə bir anlaşma yoxdur dedi”.
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?