Ötən il 1438 nəfər Azərbaycan vətəndaşı Almaniyaya gedərək rəsmi Berlindən sığınacaq istəyib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) məlumat yayıb.
Qeyd olunub ki, keçən il ümumilikdə 1222 Azərbaycan vətəndaşının müraciətinə baxılıb. Onlardan yalnız 53-ü qaçqın kimi tanınaraq, Almaniyada yaşamaq icazəsi alıb. 6 nəfərin deportasiya qərarı ləğv edilib, 10 nəfər isə ailə birləşməsi əsasında yaşamaq icazəsi əldə edib.
Federal idarədən bildirilib ki, ötən il 667 Azərbaycan vətəndaşının qaçqın statusu ilə bağlı ərizəsinə mənfi cavab verilib. Onlara ölkəni könüllü tərk etmələri ilə bağlı müraciət olunub. Bəziləri isə edilən xəbərdarlığa baxmayaraq Almaniyada qanunsuz şəkildə yaşayıblar. Həmin şəxslərin işləri yerli inzibati məhkəmələrə göndərilib.
BAMF-nin məlumatına görə, 2023-cü ildə ümumilikdə 325 801 nəfər Almaniyaya gələrək sığınacaq üçün müraciət edib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu, 60,3 faiz artım deməkdir. 2023-cü ildə ilkin müraciətlərin 21 287-si Almaniyada bir yaşa qədər doğulmuş uşaqlara aid olub.
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?