Azərbaycanda pul köçürmələri zamanı problem yaşanır

00:08 - 7 Yanvar 2024 - GÜNDƏM

 Azərbaycanda pul köçürmələri zamanı problem yaşanır

Azərbaycanda onlayn pul köçürmələri zamanı problemlər yaşanır.

BUTA.TV Trend-ə istinadən xəbər verir ki, “Azərikard” prosessinq mərkəzinin xidmət göstərdiyi bankların ATM-lərindən, POS terminallarından və mobil tətbiqlərindən istifadə zamanı hazırda da davam edən müəyyən məhdudiyyətlər yaranıb.

“Texniki xidmət göstərən şirkətlə birgə məsələ ilə bağlı tədbirlər görülür və problem tezliklə həll olunacaq”, - deyə “Azərikard”dan bildirilib.

"Rabitəbank"dan bildiriblər ki, “Azərikard” prosessinq mərkəzində yaşanan texniki çətinlik ilə əlaqədar mobil tətbiqdə kart məlumatları əks olunmur. Hazırda çətinliyin aradan qaldırılması üçün işlər aparılır.

Bu xəbər hal-hazırda çox oxunur
ABŞ Rusiyanı belə çökdürür - Tayms

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol