Koronavirus pandemiyası başlayandan Azərbaycan quru sərhədlərini bağlı saxlayır.
Karantin rejimində virusla bağlı bəzi məhdudiyyətlər zaman-zaman aradan qaldırılsa da, quru sərhədlərlə bağlı verilən qərar 3 ildir dəyişmir. Qeyd edək ki, xüsusi karantin rejimi ölkə ərazisində 1 aprel 2024-cü ilə qədər uzadılıb. Nazirlər Kabinetinin bu qərarından sonra quru sərhədlərin də ən az bu müddətə qədər bağlı qalacağı bildirilirdi. Referans.az xəbər verir ki, ancaq iqtisadçı-ekspert Akif Nəsirli Cebhe TV-nin efirində quru sərhədlərin yaxın günlərdə açılacağını deyib:
“Azərbaycan hökumətinin bu il artım gözlədiyi sahələrdən birincisi turizmdir. Hökumət bu sektorda 15 faiz artım gözləyir. Bu artımın nəyin hesabına olacağı, hansı addımlar atılacağı hələlik bəlli deyil. Amma mənim gözləntim odur ki, 2024-cü ilin ilk aylarında Azərbaycan quru sərhədlərini açacaq. Bunun anonsunu indidən verə bilərəm”.
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?
- Nəsimi Nəbizadə "Qurtuluş"undan danışdı
- Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı
- Rza Pəhləvinin Sultan Əhmədə xəyanəti