Bakının Baş Planının təsdiq edilməsi sənədsiz evlərin sənədləşməsi prosesini gündəmə gətirib.
BUTA.TV xəbər verir ki, bunu Trend-ə daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, Baş Planın təsdiq edilməsinin sənədsiz evlərə çıxarış verilməsinə ciddi təsiri olmayacaq.
"Ölkədə qanunsuz tikililər ən çox Bakı və Abşeron yarımadasının payına düşür. Sənədsiz evlər paytaxtın mərkəzi hissələrində deyil, kənar hissələrində yerləşir. Sənədsiz evlərə çıxarış verilməsi üçün qanunda müvafiq dəyişikliklər aparılmalıdır. Hökumət artıq bununla bağlı ilk addımlar atır", - o vurğulayıb.
Ekspert qeyd edib ki, paytaxın mərkəzi hissəsinə yaxın sənədsiz evlərin çoxu Keşlə, NZS, Xutor qəsəbələrində və az sayda Yasamal rayonu ərazisindədir.
"Belə yerlərdəki sənədsiz evlərə gələcəkdə baxış keçiriləcək. Yaşayış təyinatlı torpaqlardırsa, statusu olduğu kimi qalacaq. Torpaqların təyinatı başqadırsa, Azәrbaycan Respublikasının Şәhәrsalma vә Tikinti Mәcәllәsinə uyğun olaraq həmin torpaqların təyinatı dəyişdirilməlidir. Qanunla beş ildən bir torpaqların təyinatına baxılmalıdır. Bu qanunda nəzərdə tutulsa da, ancaq baxılmır. Bakının Baş Planının təsdiq edilməsindən sonra artıq buna əsas yaranıb", - deyə o, əlavə edib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin İdarə Heyətinin sədri Nigar Alimova bildirmişdi ki, sənədsiz evlərlə bağlı ilkin konsepsiya sənədi hazırlanıb.
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?
- Nəsimi Nəbizadə "Qurtuluş"undan danışdı
- Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı
- Rza Pəhləvinin Sultan Əhmədə xəyanəti
- İlham Əliyevə verilən mükafat daha öncə kimlərə təqdim edilib?
- Fransadan Bakının ermənilərlə bağlı qərarına reaksiya
- Baş Prokurorluq nazirliyə bu həkimlə bağlı təqdimat göndərdi
- İlham Əliyev Davosda Andre Esteveslə görüşdü