ABŞ BMT Təhlükəsizlik Şurasını Yaxın Şərq qətnaməsinin orijinal mətnini dəyişdirməyə və oraya Qəzzada fələstinli mülki vətəndaşları öldürmək üçün “faktiki olaraq lisenziya” daxil etməyə məcbur etdi.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Anna Yevstiqneyeva deyib.
“Amerikalı həmkarlarımızın hiyləgərcəsinə "effektiv ikitərəfli diplomatiya" adlandırdıqları ən çirkin təzyiq və şantaj alətlərindən istifadə edilib.
Qətnamədə döyüşlərin dayandırılmasına çağırış əvəzinə, döyüşlərin dayandırılması üçün şərait yaradılması ifadəsi yer alır və bu, əslində İsrailin Qəzzada fələstinli mülki vətəndaşları öldürmək üçün bir “lisenziyadır” və bu, guya qeyd olunan şəraitin yaradılması istiqamətində atılan addımlardır”, - diplomat bildirib.
- Fransadan Bakının ermənilərlə bağlı qərarına reaksiya
- Baş Prokurorluq nazirliyə bu həkimlə bağlı təqdimat göndərdi
- İlham Əliyev Davosda Andre Esteveslə görüşdü
- Sədr Hacıqabul və Şirvandan olan vətəndaşları qəbul etdi
- Rusiya və İranda problemlər: İrəvan Azərbaycana ümid edir
- FHN 20 Yanvarla bağlı anım tədbiri keçirdi - Foto
- Leyla Əliyeva Efiopiyanın baş naziri ilə görüşdü
- Bu şəxslər Azərbaycana ekstradisiya edildi