İsraildən şok: Xəstəxanalar boşaldılır, minlərlə yaralı...

11:26 - 10 Yanvar 2024 - GÜNDƏM

 İsraildən şok: Xəstəxanalar boşaldılır, minlərlə yaralı...

İsrail-Livan sərhədində gərginliyin artması fonunda İsrail Səhiyyə Nazirliyi ölkənin xəstəxanalarına minlərlə yaralının qəbuluna hazırlaşmağı tapşırıb.

BUTA.TV xəbər verir ki, bu barədə İsrailin “Kan” radiosu məlumat yayıb.

Məlumata görə, bütün xəstəxanalar Səhiyyə Nazirliyinin baş direktoru Moşe Bar Siman Tovdan müvafiq göstərişlər aldıqdan sonra 24 saat ərzində zəruri hallarda təcili iş rejiminə keçməyə hazırlaşmalıdır:

“Xəstəxanalar tibb işçilərinin və xəstələrin qorunan ərazilərə köçürülməsinə, yüngül simptomları olan bütün xəstələrin dərhal evə buraxılmasına və çoxlu sayda yaralının müalicəsinə hazır olmalıdır. Nahariya və Safad şəhərlərindəki böyük xəstəxanalar lazımi avadanlıq, dərman və ərzaq almaq imkanı olmadan tam təcrid olunmuş vəziyyətdə işləməyə, çoxlu sayda yaralını qəbul etməyə hazır olmalıdır”.

Bu xəbər hal-hazırda çox oxunur
ABŞ Rusiyanı belə çökdürür - Tayms

“Kan” bildirib ki, Səhiyyə Nazirliyi tibb işçiləri arasında itkilərlə bağlı ssenarilər üzərində də işləyir və bununla əlaqədar olaraq xaricdən həkimlərin çağırılmasının mümkünlüyü nəzərdən keçirilir. Artıq 7 minə yaxın yəhudi həkim yardım göstərmək üçün könüllü olaraq İsrailə gəlməyə hazır olduğunu bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol