Ermənistanın Geqarkunik mərzində (Göyçə mahalı) yerləşən hərbi komissarlıqda insident baş verib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Qaqik Şamşyan məlumat yayıb.
Qeyd olunub ki, yanvarın 5-i axşam saat 17:00 radələrində 37 yaşlı Husik Sərkisyan Sevan (Göyçə rayonu) hərbi komissarlığına gələrək 2021-ci ildə keçdiyi təlimlər zamanı ona təhkim edilən avtomatı istəyib. Lakin tələbi rədd edildikdən sonra komissarlıq ofisində iş masasını, kompüterin monitorunu sındırıb. Daha sonra orada olan N.Xaçatryan adlı şəxsə hücum edib və ona ciddi xəsarət yetirib.
Zərərçəkmiş Ermənistan Daxili İşlər Nazirliyinə zəng edərək hadisə ilə bağlı məlumat verib. Komissarlığa gələn polis H.Sərkisyanın üzərində axtarış aparıb, nəticədə bir kağız və yaşıl maddə aşkar edilib. O, həmin əşyaların özünə aid olduğunu, evinin həyətində həmin maddənin bitkisini əkib-becədirdiyini bildirib.
H.Sərkisyan Sevan Polis İdarəsindən Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin 5-ci Qarnizonuna təqdim edilib.
- Fransadan Bakının ermənilərlə bağlı qərarına reaksiya
- Baş Prokurorluq nazirliyə bu həkimlə bağlı təqdimat göndərdi
- İlham Əliyev Davosda Andre Esteveslə görüşdü
- Sədr Hacıqabul və Şirvandan olan vətəndaşları qəbul etdi
- Rusiya və İranda problemlər: İrəvan Azərbaycana ümid edir
- FHN 20 Yanvarla bağlı anım tədbiri keçirdi - Foto
- Leyla Əliyeva Efiopiyanın baş naziri ilə görüşdü
- Bu şəxslər Azərbaycana ekstradisiya edildi